Bank Of Baku

Moskvada Ümumdünya Media Sammiti keçirilir - FOTSESSİYA

Moskvada Ümumdünya Media Sammiti keçirilir - <font color=red>FOTSESSİYA</font>
# 05 iyul 2012 10:42 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA Rusiya paytaxtında Ümumdünya Media Sammiti başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İTAR-TASS İnformasiya Agentliyinin təşkilatçılığı ilə “Dünya mediası: “XXI əsin çağırışları” devizi altında keçirilən sammitdə 300-dən çox top menecer və 103 ölkədən 213 KİV nümayəndəsi iştirak edir. Onlar arasında dünyanın tanınmış informasiya agentliklərinin və televiziya kanallarının - BBC, “Associated Press”, “Reuters”, NBC, “Əl-Cəzirə”, “Sinxua”nın baş redaktor və direktorları da var.

Açılış mərasimində İTAR-TASS Agentliyinin baş direktoru, Ümumdünya Media Sammitinin prezidenti Vitali İqnatenko iştirakçıları salamlayaraq Rusiya prezidenti Vladimir Putinin təbrik məktubunu oxuyub. Rusiyanın Rabitə və İnformasiya Texnologiyaları naziri Nikolay Nikiforov çıxışında baş nazir Dmitri Medevedevin təbrik məktubunu oxuyub. Sonra BMT baş katibi Pan Gi Munun və UNESCO baş direktoru İrina Bokovanın təbrik nitqindən ibarət videoçarx nümayiş olunub. Daha sonra Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin çıxış edib.

İki gün davam edəcək sammitdə dünya mediasının qarşılaşdığı problemlər müzakirə olunacaq. Eyni zamanda müasir media məkanında sosial şəbəkələrin rolu, KİV və biznesin qarşılıqlı əlaqələri və jurnalistik etikasının problemləri müzakirə ediləcək.

Qeyd edək ki, sammitdə Azərbaycan mediasının nümayəndələri də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR