Bank Of Baku

Fransada qəzetlər tətil edir

Fransada qəzetlər tətil edir
# 05 iyul 2012 11:20 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Fransada qəzetlər çıxmayıb. “APA-Economics”in xəbərinə görə, “Les Echos” və “Le Monde” qəzetləri başda olmaqla ölkənin əksər nüfuzlu nəşrlərinin əməkdaşları tətil aksiyası keçirir.

Dünya Qəzet və Naşirlər Assosiasiyasının saytında verilən məlumatda bildirilir ki, aksiyada məqsəd media sahəsindəki kütləvi ixtisarlara etiraz etməkdir. Jurnalistlər hökuməti vəziyyətə müdaxilə etməyə və ixtisarlara moratorium qoymağa çağırırlar.

Maliyyə böhranı lokal fransız media şirkətləri arasında lider olan “Hersant” qrupuna ciddi zərər vurub. Daha çox ixtisarlar da bu qrupun əməkdaşları arasında aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR