Bank Of Baku

Moskvada keçirilən Ümumdünya Media Sammiti öz işini yekunlaşdırıb

Moskvada keçirilən Ümumdünya Media Sammiti öz işini yekunlaşdırıb
# 06 iyul 2012 22:50 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın İTAR-TASS informasiya agentliyinin təşkilatçılığı ilə Moskvanın Beynəlxalq Ticarət Mərkəzinin “Konqres” salonunda “Dünya mediası: XXI əsrin çağırışları” devizi altında keçirilən Ümumdünya Media Sammiti öz işini yekunlaşdırıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sammitin “XXI əsrin informasiya çağırışları və dünya KİV-ləri: qarşıdurmalar və inqilablar şəraitində KİV-lərin rolu” mövzusunda keçirilən iclasında İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, Çinin Sinxua agentliyinin prezidenti Li Tsuntszyun, BBC-nin baş direktoru Piter Xorroks, UNESCO-nun baş direktorunun müavini Yanis Karkliniş və digər aparıcı media qurumlarının rəhbərləri çıxış ediblər. Çıxışçılar qarşıdurmalar, inqilablar və münaqişələr, maliyyə və siyasi böhran şəraitində sürətlə dəyişən dünyada mövcud çağırışlara necə reaksiya vermək lazım olduğu barədə fikirlərini söyləyiblər. Media patronları internet, sosial şəbəkələr və elmi-texniki tərəqqinin digər yeniliklərinin vüsət aldığı qloballaşma dövründə ənənəvi medianın mövqeyinin qorunması, yeni fəaliyyət mexanizmlərinin axtarışı və yaradılması məsələləri barədə müzakirə aparıblar.
Sonra “Moskovski komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev, “Assoşieyted Press” agentliyinin baş direktoru Con Danişevski, Yaponiyanın “Kiodo” agentliyinin prezidenti Satosi İsikava, Serbiyanın “Tanyuq” agentliyinin direktoru Branka Dukiç, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov çıxış edərək müasir dünyada KİV-lərin üzləşdiyi problemlərdən, mediaya artan təsirlərdən və əməkdaşlıq əlaqələrinin yeni mexanizmlərlə zənginləşdirilməsi yollarından danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR