Bank Of Baku

Əməkdar jurnalist İradə Vəkilovanın 80 illiyinə həsr olunmuş tədbir keçirilib

Əməkdar jurnalist İradə Vəkilovanın 80 illiyinə həsr olunmuş tədbir keçirilib
# 10 iyul 2012 10:38 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, publisisti, ssenaristi, ilk müstəqil informasiya agentliyinin qurucusu İradə Vəkilovanın anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə tanınmış elm və ədəbiyyat xadimləri, jurnalistlər və İ. Vəkilovanın yaxınları iştirak ediblər.

Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova İ. Vəkilovanın Azərbaycan mili mətbuatının inkişafındakı xidmətlərindən danışıb. O bildirib ki, İ. Vəkilova bütün ömrünü Azərbaycan mətbuatının inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib: “İradə Vəkilova ilk müstəqil informasiya agentliyinin qurucusu kimi mətbuat tariximizə öz imzasını atıb. “Assa-İradə” yarandığı dövrdə beynəlxalq aləmdə Azərbaycanın səsini ucalda bilib. Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan İradə Vəkilova jurnalist qadınlar üçün ən yaxşı örnəkdir”.

Sonra digər iştirakçılar da İ. Vəkilova haqqında xatirələrini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR