Bank Of Baku

Mətbuat Şurası qəzet köşkləri ilə bağlı monitorinq qrupu yaradacaq

Mətbuat Şurası qəzet köşkləri ilə bağlı monitorinq qrupu yaradacaq
# 10 iyul 2012 12:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanda Mətbuat Şurası redaktorların iştirakı ilə qəzet köşkləri ilə bağlı monitorinq qrupu yaradacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Şura sədrinin sözlərinə görə, yaradılan qrup mütəmadi olaraq köşklərdə qəzetlərin satışı ilə bağlı monitorinqlər aparacaq. Burada əsas diqqət yeni köşklərə yönəldiləcək. Həmçinin qəzet satışı üzrə yeni nəzarət mexanizmi tətbiq olunacaq.

Ə. Amaşov Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ilə mətbuat nümayəndələrinin görüşündə çoxsaylı təkliflərin səsləndirildiyini də qeyd edib. Onun sözlərinə görə, həmin təkliflərin həm praktiki baxımdan, həm də qanunvericilik baxımından həyata keçirilməsi mümkündür. O bildirib ki, həmçinin Türkiyədə olan mətbuat və elan qurumunun Azərbaycanda tətbiq olunması məsələsi gündəmdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR