Bank Of Baku

“Açıq cəmiyyət və mətbuat” kitabının təqdimatı keçirilib - FOTO

“Açıq cəmiyyət və mətbuat” kitabının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 12 iyul 2012 11:35 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Mətbuat Şurasında tanınmış publisist, filologiya üzrə fəlsəfə doktoru, Təfəkkür Universitetinin professoru Tofiq Yusifovun “Açıq cəmiyyət və mətbuat” adlı kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın əsas tədqiqat obyekti 1991-2004-cü illəri əhatə edən müasir Azərbaycan mətbuatıdır.

Əsasən “Azərbaycan”, “525-ci qəzet”, “Ayna-Zerkalo”, “Yeni Azərbaycan” və “Yeni Müsavat” qəzetlərinin materialları, ölkədə yeni cəmiyyət quruculuğu, demokratik proseslər, dövlətçiliyin qorunması və mili ideologiyanın formalaşması səylərinə mətbuatın köməyi və təsiri konkret faktlarla göstərilir.

Tədbiri giriş sözü ilə açan MŞ-ın sədri Əflatun Amaşov müəllifin kitabda çox aktual məsələlərə toxunduğunu və kitabın jurnalistika sahəsində ilk elmi əsərlərdən biri olduğunu vurğulayıb. Ə. Amaşov qeyd edib ki, kitab KİV qanunvericiliyi və bu istiqamətdə mətbuatın rolundan bəhs edir. Digər çıxışçılar da kitaba yüksək dəyər veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR