Bank Of Baku

Səbail rayon icra hakimiyyətində «Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı» mövzusunda tədbir keçirilib

Səbail rayon icra hakimiyyətində «Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı» mövzusunda tədbir keçirilib
# 20 iyul 2012 09:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bakı şəhərinin Səbail rayon İcra Hakimiyyətində KİV-ə Dövlət Dəstəyi Fondu ilə birgə «Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı» mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Səbail rayon İcra Hakimiyyətinin, KİV-ə Dövlət Dəstəyi Fondunun, həmçinin bir sıra KİV-lərin rəhbərliyi iştirak edib.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rəhbərlik etdiyi rayonun icra hakimiyyəti və digər təşkilatları ilə KİV arasındakı münasibətlərdən danışıb. A. Əsgərov Səbail rayon İcra Hakimiyyətinin media ilə əlaqələrə geniş yer verdiyini, mətbuata daim açıq olduğunu bildirib.

KİV-ə Dövlət Dəstəyi Fondunun direktoru Vüqar Səfərli isə ölkədə medianın inkişafı sahəsində görülən işlər barədə məlumat verib.

Səbail rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov isə il ərzində rayon haqqında KİV-lərdə dərc olunmuş materialların analizi ilə bağlı təqdimat keçirib. Sonda Səbail rayon İcra Hakimiyyəti adından jurnalistlərə hədiyyələr təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR