Bank Of Baku

“Park Cinema” jurnalistlər üçün "Qırmızı İşıqlar" filminin premyerasını keçirib

“Park Cinema” jurnalistlər üçün "Qırmızı İşıqlar" filminin premyerasını keçirib
# 20 iyul 2012 10:08 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. 22 iyul - Milli Mətbuat Günü ərəfəsində “Park Bulvar” AVM-in təşkilatçılığı ilə jurnalistlər arasında boulinq yarışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Park Bulvar”ın PR meneceri Günay Nəzərova mətbuat nümayəndələrini təbrik edib: “Biz hər ilin bu günü jurnalistləri sevindirməyə çalışırıq. Ümid edirik ki, bununla sizlərə azca da olsa istirahət ab-havası yaşada bilirik”.

Mübarizədə “Xəzər TV”nin əməkdaşı Vamiq Nəsirov birinci, “Lider TV”nin aparıcısı Mehman Mehdiyev ikinci olub. Qaliblərə “Park Bulvar” AVM-də fəaliyyət göstərən “Debenhams” mağazasından hədiyyələr verilib. BMV mağazasının hədiyyələri isə 3-cü yeri tutan və qızlar arasında ən çox xal toplayan Nigar Məmmədliyə təqdim olunub.

Daha sonra “Park Cinema” jurnalistlər üçün "Qırmızı İşıqlar" filminin premyerasını keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR