Bank Of Baku

AMEA Tarix İnstitutunda qədim dillər üzrə mütəxəssisləri instituta cəlb edəcək

AMEA Tarix İnstitutunda qədim dillər üzrə mütəxəssisləri instituta cəlb edəcək
# 23 iyul 2012 13:10 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Azərbaycan tarixi üzrə qədim dillərin öyrənilməsi işi davam etdirilir. APA-nın məlumatına görə, bu gün institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə göstərilən məsələyə dair toplantı keçirilib. İclasda Azərbaycan tarixi üzrə ilk mənbələrdən istifadə etmək məqsədilə qədim dillərin öyrənilməsi məsələsi müzakirə olunub. Məsələ ilə əlaqədar respublikanın müxtəlif elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən nadir mütəxəssislərin instituta cəlb olunması qərara alınıb. İnstitutda qədim dillərin tədris olunduğu xüsusi qruplar yaradılıb. Toplantıda qədim dillərdə olan mənbələrdən istifadə edə bilən mütəxəssislərin hazırlanması işinin sürətləndirilməsi barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR