Bank Of Baku

Acun Ilıcalı 70 milyon lirəyə Star TV-yə transfer olub

Acun Ilıcalı 70 milyon lirəyə Star TV-yə transfer olub
# 02 avqust 2012 13:07 (UTC +04:00)
Bakı-APA. Türkiyənin ən tanınmış televiziya aparıcılarından Acun Ilıcalı 16 ildir əməkdaşlıq etdiyi Show TV kanalından ayrılıb. APA-nın məlumatına görə, Acun Ilıcalının on milyonlarla insan tərəfindən izlənən layihələri artıq Star TV kanalında yayımlanacaq. Acunun “Star” telekanalına 70 milyon lirə müqabilində transfer olduğu bildirilir. Aparıcı 1996-cı ildən işlədiyi Show TV kanalından 50 milyon lirə borcunu ala bilmədiyinə görə kanaldan ayrılmaq qərarına gəlib. Star TV Ilıcalıya bir mövsüm üçün 70 milyon lirə maaş verməyə razı olub. 11 ay ərzində həftədə 3 dəfə “Star” telekanalında veriliş aparacaq Acun Ilıcalının yayım hüququna malik olduğu “O səs Türkiyə”, “Yetənək sizsiniz” və “Survivor” şou proqramları da bundan sonra “Star”da yayımlanacaq. İstedadlı aparıcının hazırlayacağı proqramlara görə hər həftə 550 min lirə pul qazanacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR