Bank Of Baku

Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb

Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb
# 13 avqust 2012 15:34 (UTC +04:00)
Bakı-APA. 2003-cü ildə qurulan və daha çox özünün Orta Asiya ölkələrindəki fəaliyyəti ilə tanınan Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN – Central Asian and Southern Caucasian Freedom of Expression Network) adlı təşkilat Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Bu barədə APA-ya qurumun sədri Azər Həsrət məlumat verib.
CASCFEN sədri deyib ki, başçılıq etdiyi qurum 9 ildən sonra dövlət qeydiyyatına alınıb. “Bu qurum 2003-cü ildə Jurnalistlərin Həmkarlar İttifaqının struktur vahidi kimi qurulmuşdu. Əsas məqsəd Orta Asiya və Güney Qafqaz bölgəsində ifadə azadlığı və jurnalistlərin hüquqlarının qorunması idi. Şəbəkə özünün ilk fəaliyyət ilində beynəlxalq səviyyədə tanınmış və hətta çox nüfuzlu mükafatlardan birinə - Beynəlxalq Mətbuat İnstitutunun ildə bir dəfə təqdim etdiyi “Azad Media Öncülü” (Free Media Pioneer) mükafatına layiq görülmüşdü. Lakin zaman keçdikcə biz hiss etdik ki, CASCFEN heç bir quruma bağlı olmadan müstəqil fəaliyyət göstərməlidir. Buna görə də bu il iyun ayının 7-də təşkilatı müstəqil şəkildə təsis edib sənədləri müvafiq dövlət qurumuna təqdim etdik. Sevinirik ki, qeydiyyat prosesi çox da uzun sürmədi. Avqustun 8-də artıq qeydiyyat şəhadətnaməsini bizə təqdim etdilər”.
Təşkilatın əsasən hansı yöndə fəaliyyət göstərəcəyinə gəlincə, CASCFEN sədri “əsas missiyamız söz azadlığı mədəniyyətinin formalaşdırılmasına yardım etmək olacaq”, deyə bildirib.
Azər Həsrət onu da bildirib ki, yaxın günlərdə qurumun idarə heyətinin formalaşdırılması nəzərdə tutulur. Artıq bunun üçün namizədlər də müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR