Bank Of Baku

Məhkəmə «Gündəm xəbər» qəzetinin yenidən üzr istəməsi haqda qərar çıxarıb

Məhkəmə «Gündəm xəbər» qəzetinin yenidən üzr istəməsi haqda qərar çıxarıb
# 06 sentyabr 2012 10:48 (UTC +04:00)
Bakı - APA. Yasamal Rayon Məhkəməsi «ZQAN Holding» şirkətlər qrupu Direktorlar Şurasının sədri Anar Məmmədovun «Gündəm xəbər» qəzetinə qarşı qaldırdığı iddia üzrə qətnamə qəbul edib.

Məhkəmədən APA-ya verilən məlumata görə, qərara əsasən qəzet təkzib verməli, A.Məmmədovdan üzr istəməli və işgüzar nüfuzuna xələl yetirdiyinə görə 10 min manat məbləğində cərimə ödəməlidir: «A.Məmmədov isə qəzetdən cərimənin birbaşa olaraq Ruhi Əsəb Xəstəlikləri Dispanserinə keçirilməsini istəyib».

Xatırladaq ki, qəzet 18 fevral 2012-ci il tarixli 38 (405)-ci sayında A.Məmmədovun işgüzar nüfuzuna xələl yetirilməsinə yönəldilmiş həqiqətə uyğun olmayan məlumat dərc edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR