Bank Of Baku

Elmir Vəlizadə: “Hər sayt rəhbəri edilmiş kiberhücumlardan nəticə çıxarmalıdır”

Elmir Vəlizadə: “Hər sayt rəhbəri edilmiş kiberhücumlardan nəticə çıxarmalıdır”
# 12 sentyabr 2012 08:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə son vaxtlar Azərbaycanın dövlət və qeyri-dövlət saytlarına edilmiş kiber hücumlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi dedikdə, təşkilatı tədbirlərdən tutmuş, texniki və texnoloji məsələlərə qədər böyük bir kompleks tədbirlər nəzərdə tutulur: “Ona görə də burada dövlət qurumların üzərinə müəyyən məsuliyyət düşür, amma burada çox iş sayt sahiblərinin özlərindən asılıdır. Ona görə ki, hər bir sayt yaradılarkən onun təhlükəsizlik tədbirlərinin görülməsi, sonradan onun vaxtaşırı yoxlamalardan keçirilməsi vəzifəsi sayt sahiblərinin üzərinə düşür. Əgər qeyd edilən məsələlər təmin olunarsa, ölkədə informasiya təhlükəsizliyinin təmin olunması məsələləri yüksək səviyyəyə qaldırıla bilər. Ancaq qeyd edim ki, baş verən hadisələrin bəziləri hətta ölkədən kənarda yerləşən serverlərdən həyata keçirilir. Onlara hər hansısa bir çıxış imkanımız məhduddur. Elə hadisələr baş verir ki, hətta ölkə daxilində olsa da, bu, müxtəlif boşluqlar ucbatından baş verir. Yəni, burada müxtəlif tədbirlərə yenidən baxılmalıdır".

E. Vəlizadə deyib ki, bu yaxınlarda dövlət orqanlarının saytlarının təhlükəsizliyi ilə bağlı tələblər təsdiq edilib: "Hesab edirik ki, bu əslində cəmiyyətə bir mesajdır".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR