Bank Of Baku

ATƏT-in media azadlığı üzə xüsusi nümayəndəsi ABŞ polisini jurnalistlərə hörmət etməyə çağırıb

ATƏT-in media azadlığı üzə xüsusi nümayəndəsi ABŞ polisini jurnalistlərə hörmət etməyə çağırıb
# 19 sentyabr 2012 16:23 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in media azadlığı üzə xüsusi nümayəndəsi Dunya Miyatoviç Nyu-Yorkda keçirilən nümayişi işıqlandıran jurnalistləri saxlayan Nyu-York polisinin hərəkətindən narahatlığını bildirib. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, D. Miyatoviç deyib ki, polis jurnalistləri narahat edib saxlamamalı, əksinə, onların fəaliyyətini asanlaşdırmalıdır: “Hakimiyyət orqanları tələb etməlidir ki, hüquq-mühafizə orqanları KİV-in hüquq və vəzifələrinə hörmət göstərsin”.

Qeyd edək ki, Nyu-Yorkda keçirilən “Uol-Striiti işğal et” aksiyası zamanı 5 KİV nümayəndəsi polis tərəfindən saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR