Bank Of Baku

Britaniya Milli Jurnalistlər İttifaqının eksperti: “Bu gün dünya ictimaiyyətinin və dünya mətbuatının gündəmində Dağlıq Qarabağ problemi yoxdur” - FOTOSESSİYA

Britaniya Milli Jurnalistlər İttifaqının eksperti: “Bu gün dünya ictimaiyyətinin və dünya mətbuatının gündəmində Dağlıq Qarabağ problemi yoxdur” - <font color=red>FOTOSESSİYA</font>
# 26 sentyabr 2012 08:44 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bu gün dünya ictimaiyyətinin və dünya mətbuatının gündəmində Dağlıq Qarabağ problemi yoxdur. Dünya gündəmində əsas məsələ Suriyadır. Suriyadan əvvəl Liviya və ondan əvvəl isə İraq məsələsi gündəmdə idi”. APA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” adlı beynəlxalq konfransda Böyük Britaniya Milli Jurnalistlər İttifaqının eksperti Arjuman Vajid deyib. O bildirib ki, Dağlıq Qarabağı əsl faciə və problem kimi qəbul edir, lakin Dağlıq Qarabağ əvvəlki kimi dünya ictimaiyyətinin gündəm mövzusu deyil: “Azərbaycanla yanaşı, Pakistanda da belə problemlər var, amma orada da yerli mətbuatın səsinə dünyadan o qədər cavab gəlmir. Çünki dünyanın diqqəti indi ərəb ölkələrindədir. Biz dünya jurnalistlərini təəssüf ki, maddi təminat problemlərimiz maraqlandırır, ona görə də biz daha çox bu kimi mövzuları ön plana çəkirik. Elə mənim Londonda iştirak edəcəyim konfransda da əsasən bu mövzu müzakirə ediləcək, ikinci yerdə də yəqin ərəb ölkələrində baş verənlər, orada jurnalistlərin yaşadığı təhlükələr olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR