Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib - FOTO
APA-nın xəbərinə görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin rəhbərlik etdiyi komissiyanın üzvləri gündəliyə 5 məsələ ilə bağlı müzakirələrin daxil olunması razılığına gəliblər.
Əvvəlcə Qazax şəhər sakini Şabəddin Qurbanovun “Təzə xəbər” qəzeti barədə müraciətinə baxılıb. Komissiya mətbu nəşrdən şikayət doğuran “Qazaxda Şabəddin Qurbanovun gizli əməlləri” (1 sentyabr 2012-ci il) sərlövhəli yazını və müvafiq sənədləri nəzərdən keçirərək rəyə gəlib ki, həmin nümunədə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısız yanaşılıb. Belə ki, məqalədə balans gözlənilməyib. Buna və araşdırma aparılmasına cəhd edilməməsi qəzetin obyektivliyini şübhə altına alır. Komissiya bildirib ki, qəzetin baş redaktoru Vəkil Rüstəmin imzası ilə Mətbuat Şurasına daxil olan cavab məktubunda qüsurlu məqalənin təqdimatı məsuliyyəti redaktorun üzərinə atılır. Lakin həmin say birbaşa bunun həqiqətə uyğun olmadığını təsdiqləyir.
İclasda “Təzə xəbər” qəzetinə Azərbaycan Mətbuat Şurasının xəbərdarlığının edilməsi, nəşrin adının MŞ-nin “qara siyahı”sına salınması üçün nə kimi əsasların olduğunun müəyyənləşdirilməsinə Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxılması məntiqi sayılıb.
“Obyektiv fikir” qəzeti ilə bağlı məsələnin də müzakirəsi həmin komissiyada davam etdiriləcək. Belə rəy Türkiyə vətəndaşı Muhsin Sarıhanın bu kütləvi informasiya vasitəsi barədə şikayəti araşdırılarkən çıxarılıb.
MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına daha bir qəzetlə bağlı müraciətlərin də ünvanlanması barədə rəy qəbul edilib. Bu, “Yeni istiqlal”dır. Belə ki, Bakının Yasamal Rayon İcra Hakimiyyətinin və Sabunçu rayonunda yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Ədalət İmanovun bu mətbu nəşr barədə MŞ-yə müraciətlərində onun baş redaktoru Tural Ələkbərovun peşə fəaliyyəti ilə bir araya sığmayan hallara yol verməsi və belə hərəkətlərdə qəzetin adından sui-istifadə etməsi göstərilib.
Quba Rayon İcra Hakimiyyəti başçısının Alpan kənd ərazi nümayəndəsi “Azadlıq” qəzeti ilə əlaqədar müraciətinin müzakirəsinə qatılmadığı üçün məsələ gündəlikdən çıxarılıb. Almaniyanın Bavariya diyarında yaşayan Süleyman Sətullayevin “yükselis.info” və “xeberle.com” xəbər portalları ilə əlaqədar şikayətinə isə komissiyanın növbəti toplantısında baxılacaq.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər
Kəlbəcərdə Bal Festivalı keçirilib - FOTO - VİDEO
Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər - FOTO - VİDEO
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib