Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı jurnalistin işi üzrə qərarını açıqlayacaq

Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı jurnalistin işi üzrə qərarını açıqlayacaq
# 29 sentyabr 2012 08:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Oktyabrın 2-də Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı jurnalist Ramiz Nəcəflinin işi üzrə qərarını açıqlayacaq. APA-nın məhkəmənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 1967-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, “Boz Qurd” qəzetinin redaktoru R. Nəcəfli 2005-ci il oktyabrın 9-da keçirilən nümayişin dağıdılması zamanı zorakılığa məruz qaldığını əsas gətirərək AİHM-ə müraciət edib.

Jurnalist Avropa İnsan Haqları Konvensiyasının 3-cü (qeyri-insani rəftar və insan ləyaqətini alçaldan hərəkətlərin qadağan olunması) və 10-cu (söz azadlığı) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu, polisin ona qarşı ifrat güc tətbiq etdiyini və sonradan bununla bağlı aparılan araşdırmanın qeyri-effektiv olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR