Bank Of Baku

“Euronews” Azərbaycanla bağlı reportajların sayını artırmağı planlaşdırır - FOTO

“Euronews” Azərbaycanla bağlı reportajların sayını artırmağı planlaşdırır - <font color=red>FOTO</font>
# 02 oktyabr 2012 13:04 (UTC +04:00)
Bizim İTV kimi tərəfdaşımız var və ümid edirik ki, gələcəkdə Azərbaycan mövzusu reportajlarımızda daha çox yer alacaq. Biz Azərbaycan mövzusunu işıqlandırmaq üçün bizdən asılı olan hər şeyi edəcəyik”. Bu fikirləri onlayn mətbuat konfransında APA-nın sualını cavablandıran “Euronews” telekanalının rəhbəri Maykl Piters deyib.

Onlayn konfransda dünya ölkələrində 14 bürosu olan telekanalın fəaliyyətinə həsr olunmuş video rolik nümayiş etdirilib. “Euronews”da 800 nəfər işləyir, kanal 11 dildə yayımlanır, gələcəkdə yayımlanan dillərin sayını 13-ə çatdırmağı planlaşdırır.

Maykl Piters onlayn konfransda “Euronews” kanalının yaxın gələcək üçün inkişaf planlarından danışıb. Kanal dekabrda Afina və Budapeştdə büro açmağı planlaşdırır. Bundan başqa “Euronews” kanalının rumın dilində yayımlanması üçün Rumıniya ilə danışıqlar aparılır. Maykl Piters kanalın eyni adlı radiosunun yayıma başladığını, kanalın xəbərlərini mobil telefonlar və IPhone vasitəsilə izləmək mümkün olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR