Bank Of Baku

MTRŞ bir kabel televiziyasının lisenziya müddətini uzatmaqdan imtina edib

MTRŞ bir kabel televiziyasının lisenziya müddətini uzatmaqdan imtina edib
# 03 oktyabr 2012 13:50 (UTC +04:00)
Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda «Kanal S» MMC-nin, «Yevlax TV» MMC-nin regional yayımı üçün və «AzHiNet» MMC-nin kabel şəbəkəsi yayımı üçün lisenziya müddətinin uzadılması barədə müraciətlərə baxılıb.

MTRŞ-nin qərarı ilə «Kanal S» və «Yevlax TV»nin regional televiziya yayımı üçün lisenziyasının müddəti daha 6 il uzadılıb. «AzHiNet» şirkəti tərəfindən ərizə və qanunvericiliklə müəyyən edilmiş sənədlər mövcud «Televiziya və radio yayımı haqqında» qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə təqdim edilmədiyindən lisenziyanın müddətinin uzadılmasından imtina edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR