Bank Of Baku

Umud Rəhimoğlu Vyanada Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin toplantısında iştirak edəcək

Umud Rəhimoğlu Vyanada Beynəlxalq Mətbuat İnstitutunun İdarə Heyətinin toplantısında iştirak edəcək
# 04 oktyabr 2012 09:20 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) İdarə Heyətinin üzvü, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu Avstriyanın paytaxtı Vyanaya yola düşəcək.

BMİ-nin Azərbaycan Milli Komitəsinin informasiya departamentindən APA-ya verilən məlumata görə, U. Rəhimoğlu Vyanaya BMİ-nin idarə heyətinin toplantısında iştirak etmək üçün gedir. İdarə heyətinin toplantısında BMİ-nin il ərzində fəaliyyəti, qarşıda duran işlər və bir sıra məsələlər barədə müzakirələr aparılacaq.

Toplantıda bu günlərdə Bakıda keçirilən “Neft, qaz və media” konfransının nəticələri də müzakirə ediləcək.

Xatırladaq ki, U. Rəhimoğlu bu il iyun ayında Cənubi Qafqaz regionundan, həmçinin Avropa və Asiya qonşuluğunda olan ölkələrdən BMİ-nin İdarə Heyətinə seçilən ilk media təmsilçisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR