Bank Of Baku

Bakıda tanınmış Rusiya yazıçısı, jurnalisti və kinossenaristi Andrey Konstantinovla Azərbaycan jurnalistlərinin görüşü keçirilib - FOTOSESSİYA

Bakıda tanınmış Rusiya yazıçısı, jurnalisti və kinossenaristi Andrey Konstantinovla Azərbaycan jurnalistlərinin görüşü keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 05 oktyabr 2012 14:19 (UTC +04:00)
APA-nın xəbərinə görə, görüş A. Konstantinovun Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı çərçivəsində “Bakı” jurnalı tərəfindən təşkil olunub. Görüşdə “Bakı” jurnalının redaktor müavini Tamilla Əhmədova da iştirak edib.

Görüşü açan Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov bildirib ki, Azərbaycan-Rusiya münasibətləri dinamik inkişaf edir: “Bu münasibətlərə humanitar sahədə əməkdaşlıq da töhfə verir. Xalq diplomatiyası da fəaldır”. Konsul qeyd edib ki, gələn ilin ilk yarısında Sankt-Peterburq qubernatoru geniş nümayəndə heyəti ilə birlikdə Azərbaycana gələcək.

A. Konstantinov görüşdə öz yaradıcılığından və jurnalist fəaliyyətindən danışıb. O, azərbaycanlı həmkarları ilə görüşdən şad olduğunu bildirib: “Həmkarlarla ünsiyyət və yeni şeylər öyrənmək hər zaman xoşdur”. İlk dəfə Bakıya gəldiyini söyləyən qonaq gördüklərindən təəccübləndiyini və sevindiyini vurğulayıb. Sonra o, jurnalistlərin suallarını cavablandırıb.

Beynəlxalq Mətbuat Mərkəzində A. Konstantinovun kitablarının sərgisi də keçirilib.

Qeyd edək ki, A. Konstantinov ümumi tirajı 20 milyondan çox olan 40-dan çox kitabın müəllifidir. O, “Jurnalist Təhqiqatları Agentliyi”nin yaradıcılarından biridir və 16 ildir Sankt-Peterburq Universitetində jurnalist təhqiqatlarına həsr olunmuş xüsusi kurs keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR