Bank Of Baku

İslamabad Strateji Araşdırmalar Mərkəzinin baş katibi: “Dünyanın aparıcı mətbuat orqanları hadisələri yayarkən dini amildən yan qaça bilmirlər”

İslamabad Strateji Araşdırmalar Mərkəzinin baş katibi: “Dünyanın aparıcı mətbuat orqanları hadisələri yayarkən dini amildən yan qaça bilmirlər”
# 05 oktyabr 2012 14:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Dünyanın bəzi ölkələri, o cümlədən ABŞ və Avropa dövlətlərinin mətbuat orqanları özünü müsəlman kimi təqdim edən hansısa terror hadisəsinə “İslam terroru” adı qoyur. Müsəlman ölkələrinin mediası da xristianların törətdiyi terror hadisələrini “Xristian terroru” adı ilə təqdim edərsə, nə baş verər? Bu da qarşıdurmaların yaranmasına rəvac verir”.

APA-nın məlumatına görə, bunu II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Müasir KİV-lər və yeni çağırışlar” mövzusunda keçirilən dəyirmi masada İslamabad Strateji Araşdırmalar Mərkəzinin baş katibi Raja Javad Ali Bhatti deyib.

O bildirib ki, bu, bəzi siyasi dairələrin İslama qara yaxmaq məqsədilə apardığı kampaniyadır. Mətbuatın belə kampaniyalara dəstək verməməli olduğunu deyən Ali Bhatti Xocalı soyqırımının dünya KİV-ində yetərincə yer almamasını da milli-dini ayrı-seçkiliyin nümunəsi kimi dəyərləndirib: “Pakistan ermənilər tərəfindən törədilən Xocalı soyqırımını tanıyıb. Lakin dünyanın aparıcı KİV-i dini-milli ayrı-seçkilikdən çəkinməyərək, yaxın tariximizdə olan bu soyqırımı hadisəsinin üzərindən sakitcə keçirlər. Danılmaz faktdır ki, aparıcı mətbuat orqanları hadisələri yayarkən dini amildən yan qaça bilmirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR