“İdman” qəzetinin 80 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib
Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərdə deyilir ki, “Azərbaycan idman jurnalistikasının problemləri” mövzusunda keçirilən tədbirdə əsasən idman jurnalistikasında kadr hazırlığının səviyyəsi, termin problemləri və idman mətbuatında dil üslubu məsələləri müzakirə edilib.
Tədbiri açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı nailiyyətlər barədə məlumat vermiş və idman jurnalistikasının ölkəmizdə inkişaf etdiyini vurğulayıb.
Bildirilib ki, “İdman ili” çərçivəsində ölkəmizdə bir neçə mötəbər idman yarışları təşkil olunub. Yerli jurnalistlərlə yanaşı əcnəbi KİV nümayəndələri də bu yarışları işıqlandırıblar. Yerli media mənsublarının əcnəbi həmkarları ilə əməkdaşlıq etməsinin vacibliyini vurğulayan nazir müavini Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsinin ölkəmizdə təşkil etdiyi “Gənc jurnalistlər proqramı” layihəsini yüksək qiymətləndirib.
“İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev idman jurnalistikasının ölkəmizdə həmişə inkişafda olduğunu, qəzetin yubileyi münasibətilə elmi-praktik konfransların və seminarların təşkil olunacağını diqqətə çatdırıb.
O vurğulayıb ki, inkişafla yanaşı idman jurnalistikasında müəyyən problemlər də var. Bunlardan ən əsası yerli KİV nümayəndələrinin əcnəbi dil biliklərinin aşağı səviyyədə olmasıdır. Jurnalistikanın ən əsas vasitəsi ünsiyyətdir. Beynəlxalq idman yarışlarında olarkən müxbirin əcnəbi dil bilməsi mütləqdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə yazılı və elektron idman mətbuatı haqda məlumat vermiş və idman qəzetləri oxucularının sayının Azərbaycanın bölgələrində artdığını diqqətə çatdırıb.
Tədbirdə qonaq qismində iştirak edən, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının Futbol Komitəsinin rəhbəri Keri Radnadce Azərbaycanın beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırmış və dövlətin idmana göstərdiyi qayğını yüksək qiymətləndirib.
Sonra əcnəbi jurnalistlərdən olan layihə iştirakçıları Azərbaycanda FİFA U-17 qadınlararası dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb, Azərbaycanı çox müasir və inkişafda olan ölkə kimi qiymətləndirmiş, xalqımızın isə çox qonaqpərvər olduğunu diqqətə çatdırıb.
Daha sonra Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, əməkdar jurnalist Murad Fərzəliyev, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli, veteran idman jurnalistlərindən Oqtay Bayramov, Aydın Əliyev, Yaqub Nuriyev, Əli Fərəcov, ATV telekanalının idman şərhçisi Sənan Şəfizadə, “Sportsmen” jurnalının baş direktoru Saleh Salehzadə və başqaları çıxış edərək idman jurnalistikamızın hazırkı vəziyyəti barədə öz fikirlərini bölüşüblər.
Tədbirdə idman jurnalistikasında kadrların hazırlığı məqsədilə vaxtaşırı hazırlıq kurslarının və uzunmüddətli tədris proqramlarının təşkili ilə bağlı təkliflər irəli sürülüb.
Tədbirin sonunda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov səslənən təkliflərin reallaşması üçün nazirlik tərəfindən mümkün köməkliyin göstəriləcəyini bildirib.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər
Kəlbəcərdə Bal Festivalı keçirilib - FOTO - VİDEO
Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər - FOTO - VİDEO
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib