Bank Of Baku

ATƏT-in media azadlığı üzrə nümayəndəliyinin büro direktoru: “Azərbaycanda jurnalistikanın böyük potensialı var”

ATƏT-in media azadlığı üzrə nümayəndəliyinin büro direktoru: “Azərbaycanda jurnalistikanın  böyük potensialı var”
# 11 oktyabr 2012 13:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Harada iqtisadi inkişaf varsa, orada bir çox sahələrlə yanaşı, jurnalistika da inkişaf edir. Azərbaycanda jurnalistikanın böyük potensialı var”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in media azadlığı üzrə nümayəndəliyinin büro direktoru Andrey Rixter deyib. O bildirib ki, Azərbaycan jurnalistikasında problemlər də var: “Bu problemlərdən biri odur ki, dünyada həyata keçirilən yeniliklər Azərbaycanda nəşr olunan qəzetlərdə istifadə olunmur. Düşünürəm ki, ölkədə olan potensialla yeni texnologiyaları birləşdirsək, bu, jurnalistikaya yeni impuls verə bilər”.

A. Rixter Cənubi Qafqazda söz azadlığının olub-olmadığı haqda sualı belə cavablandırıb: “Prinsiplə götürsək, var. Lakin onun böyük problemləri də var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR