Bank Of Baku

“Yeni Müsavat” qəzeti bəyanat yayıb

“Yeni Müsavat” qəzeti bəyanat yayıb
# 17 oktyabr 2012 16:15 (UTC +04:00)
Bakı – APA. “Yeni Müsavat” qəzetinin kollektivi bəyanat verib. APA-nın məlumatına görə, bəyanatda Yadigar Sadıqovun İctimai Palatadan istefa verməsini “Yeni Müsavat” qəzetində ayrı-ayrı vaxtlarda dərc olunan yazılarla əlaqələndirməsinə, həmçinin qəzetin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun mətbu mövqeyini tənqid etməsinə etiraz bildirilir.

“Özünü demokratik düşərgənin nümayəndəsi sayan, M.Ə.Rəsulzadə yolunun davamçısı hesab edən şəxsin müstəqil və nüfuzlu bir qəzetin informasiya siyasətinə kobud şəkildə müdaxilə etməsi, baş redaktorumuzu absurd məsələlərdə suçlaması biz kollektiv üzvlərini üzür. Müxalifət düşərgəsinin yazdıqlarımıza görə bizimlə, baş redaktorumuzla siyasi haqq-hesab çəkməyə cəhd etməsi bizi dəhşətə gətirir. Yadigar Sadıqovun “Yeni Müsavat”ı və R.Arifoğlunu ittiham etməsi demokratik prinsiplərə tam ziddir. Biz qəzet kollektivi olaraq öz yaradıcılığımızda azadıq, hansısa partiya məmurundan sifariş qəbul etmirik və bu cür cəhdləri də kəskin şəkildə pisləyirik.

Müstəqil qəzetçilik deyəndə təkcə o anlaşılmır ki, biz müxalifətin aksiyalarını işıqlandıraq, bu düşərgənin fəalları həbs ediləndə onları müdafiə edən yazılar dərc edək, İP-nin sessiyalarından geniş materiallar verək, partiya rəhbərliyinin təbrik və başsağlığını çap edək və s. Müstəqil qəzetçilik həm də və daha çox odur ki, gündəmdə olan bir mövzuya ən müxtəlif baxışları, mövqeləri ictimailəşdirək. Qəzetdə fikir plüralizminə riayət ediriksə və kimsə bundan tamam yanlış nəticələr çıxarırsa, bu bizim günahımız deyil. Bu, demokratiya, plüralizm, müstəqil qəzetçilik anlayışına sahiblənə bilməyən insanların problemidir”, - deyə bəyanatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR