Bank Of Baku

Yeni “Rossiya dlya vsex” internet-portalı açılıb

Yeni “Rossiya dlya vsex” internet-portalı açılıb
# 23 oktyabr 2012 14:55 (UTC +04:00)
Bakı-APA. Bu gün RİA “Novosti” beynəlxalq multimedia mətbuat mərkəzində “Rossiya dlya vsex” (Rusiya hamı üçün) internet-portalının açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, internet-portal RİA “Novosti” agentliyinin millətlərarası münasibətlərin, konfessiyalararası əməkdaşlığın möhkəmləndirilməsi və xalqlar arasında dinc qarşılıqlı fəaliyyət yollarının tapılması mövzusuna həsr olunmuş yeni layihəsidir.

Mətbuat konfransında çıxış edən RİA “Novosti”nin xüsusi layihələr və proqramlar direktorluğunun direktoru Yelena Davıdova bildirib ki, bu layihə rus, Azərbaycan, çeçen, çərkəz, tacik, qırğız və digər dillərdə aktual xəbərlər, analitik, foto və videomateriallar təqdim etməyi nəzərdə tutur. Onun sözlərinə görə, layihə üzərində bu ölkələrin nümayəndələri, peşəkar jurnalistlər işləyirlər.

Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin kütləvi informasiya sahəsində dövlət siyasəti Departamentinin direktoru Yekatrina Larina əlavə edib ki, yeni internet-portal Rusiyaya işləməyə və yaşamağa gələnlər üçün çox vacibdir və virtual məkanda müxtəlif xalqlara xoş münasibətin formalaşmasına kömək edəcək.

“Rossiya dlya vxes” internet-portalının baş redaktoru Radik Amirov bildirib ki, hazırda internet portalın Azərbaycan versiyası tam şəkildə istifadəyə verilib.

Xatırladaq ki, bu internet-portalın Azərbaycan versiyasında APA-nn materiallarından da istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR