Bank Of Baku

TRT 1 kanalında yayınlanan “Gəzəlim Görəlim” proqramı Qəbələ və Şəkidə çəkilişlər aparıb - FOTO

TRT 1 kanalında yayınlanan “Gəzəlim Görəlim” proqramı Qəbələ və Şəkidə çəkilişlər aparıb - <font color=red>FOTO</font>
# 29 oktyabr 2012 09:54 (UTC +04:00)
Bakı – APA. Türkiyənin TRT 1 kanalında 27 ildir fasiləsiz yayınlanan “Gəzəlim Görəlim” proqramı Azərbaycanın dilbər guşələri olan Qəbələ və Şəkidə çəkilişlər aparıb.

TRT-nin Bakı bürosundan APA-ya verilən məlumata görə, proqramın rejissoru və aparıcısı Nuray Yılmaz və çəkiliş qrupu ilk olaraq Qəbələyə yollanıb.

Proqramda Qəbələnin turizm potensialı və təbiəti haqqında tamaşaçılara ətraflı məlumat veriləcək, Qəbələ kəndlərindəki insanların yaşam tərzi ekranlara gələcək.

Qəbələdə 3 gün davam edən çəkilişlərin ardından Şəkiyə səfər edilib.
Şəkidə olan zəngin tarixi-mədəni irs diqqətlə lentə alınıb, Xan Sarayı və Karvansarayda çəkilişlər aparılıb. Nuray Yılmazın Azərbaycana həsr etdiyi bu proqram dekabr ayında TRT 1 kanalında ekranlara gələcək.

Proqramın aparıcısı və rejissoru Nuray Yılmaz Azərbaycanın möhtəşəm, çox gözəl ölkə olduğunu deyərək, bu ölkəyə gec gəldiyinə görə təəssüfləndiyini vurğulayıb. Türkiyədə Bakı şəhərini və bölgələrini artıq tanıdıqlarını ifadə edən Nuray Yılmaz bu proqram vasitəsilə Qəbələ və Şəkinin Türkiyədə bir daha tanıdılacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR