Daha yeddi qəzetin adı Mətbuat Şurasının “qara siyahı”sına tövsiyə olunub - FOTO
Öncə Şikayətlər üzrə Komissiyadan daxil olan məsələlərə baxılıb. “Obyektiv fikir” qəzeti ilə bağlı materialların müzakirəsində nəşrin təsisçisi və baş redaktoru Çingiz Qurbanovla yanaşı şikayətçi – Bakı şəhərinin Cavadxan küçəsindəki stomatoloji kabinetin direktoru Yaşar Allahverdiyev də iştirak edib.
Qeyd olunub ki, son 4 ayda Mətbuat Şurasında bu kütləvi informasiya vasitəsi barədə 3 şikayətə baxılması orada problemlərin mövcudluğundan xəbər verir. Qəzetə Mətbuat Şurası tərəfindən xəbərdarlıq olunsa da, nəticə çıxarma meyli nəzərə çarpmır. Nöqsanlı praktikanın davam etməsi “Obyektiv fikir”ə MŞ-nin ciddi xəbərdarlığının edilməsinə, adının “qara siyahı”ya salınmasına əsaslar verir. Təklif yekdilliklə bəyənilib.
İclasda məlumat verilib ki, “Ədalət tribunası” qəzeti barədə Şikayətlər üzrə Komissiyanın 2 rəyi qəbul edilib. Daha 2 şikayətə isə qurumun Katibliyi səviyyəsində baxılıb. Qəzetin baş redaktoru Aynur Babayeva müzakirələrdə iştirakdan müxtəlif bəhanələrlə boyun qaçırıb. Müzakirələrdən sonra qeyd olunub ki, “Ədalət tribunası”nın da adının MŞ-nin “reket nəşr”lər üçün “qara siyahı”sına salınmasına əsaslar var.
Komissiya “Təzə xəbər” qəzetinin də fəaliyyət istiqamətlərində sivil jurnalistika ilə bir araya sığmayan məqamların üstünlük təşkil etdiyi qənaətinə gəlib. İclasda bildirilib ki, “Təzə xəbər”lə bağlı Ağdam Rayon Mərkəzi Xəstəxanasından və Kürdəmir Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən MŞ-yə daxil olan müraciətlər də bu qəzetin adının Şuranın “reket nəşr”lər üçün tərtib etdiyi “qara siyahı”ya salınması üçün əsaslar yaradır.
Komissiya “Seans” qəzeti haqqında da eyni ölçü götürülməsini məqsədəuyğun sayıb. Bildirilib ki, Xəyyam Salmanzadənin başçılıq etdiyi “Əyalətin səsi” qəzetinin də adı bundan əvvəl həmin siyahıda yer alıb.
O, Mətbuat Şurasının götürdüyü ölçüdən nəticə çıxarmaq əvəzinə özünəməxsus dəst-xətti burada da davam etdirməkdədir. “Seans”da gedən materiallar əsasən Ağdam rayonuna aiddir. Həmin yazıların müəyyən qismində müxtəlif yaşlı, vəzifəli insanların şərəf və ləyaqəti təhqir olunur, işgüzar nüfuzu aşağılanır.
“Əsrin kirpiləri” qəzetinin baş redaktoru Vüqar Ələkbərov iclasda komissiya üzvlərinin irad və tövsiyələri ilə razılaşıb. Onun nəzərinə çatdırılıb ki, özünü “beynəlxalq, ictimai-siyasi, elmi-bədii, yumoristik qəzet” kimi təqdim edən, dil, üslub xətaları, etik prinsiplərə sayğısızlıqla müşahidə olunan mətbu nəşr qətiyyən sivil jurnalistikada layiqli yer tuta bilməz. V.Ələkbərova KİV-ə ad seçimi və digər məqamlarla əlaqədar müvafiq tövsiyələr verilib. “Əsrin kirpiləri” qəzetinin də adı “qara siyahı”ya daxil edilib.
Mətbu materiallarında əsasən Qazax-Ağstafa bölgəsini hədəf götürən “Həqiqətin güzgüsü” qəzetinin də (təsisçisi Qədiməli Babaoğlu, baş redaktoru Hənifə Qədimova) bu siyahıya daxil olması üçün təklifinə yekdilliklə səs verilib.
İclasda “Azərbaycan ideyası” (təsisçisi və baş redaktoru Müştəba Əliyev) qəzeti barəsində də eyni ölçü götürülüb. Nəzərə alınıb ki, M.Əliyev adı “qara siyahı”da olan “Azərbaycan və iqtisadi inkişaf” qəzetindəki xoşagəlməz fəaliyyətini bura daşıyıb.
Komissiya “Korrupsiya və qanun” qəzeti haqqında müzakirələrdə nəşrin baş redaktoru Xuraman Quliyevanın Ağdam rayonundan gələn şikayətlə bağlı tutduğu mövqeni və səmimi etirafı nəzərə alıb. Qəzetə Mətbuat Şurasının xəbərdarlığının edilməsi tövsiyə olunub.
Yasamal Rayon İcra Hakimiyyətinin və Qarabağ müharibəsi əlili, kiçik sahibkar Ədalət İmanovun “Yeni istiqlal” qəzetinin təsisçisi və baş redaktoru Tural Əkbərovla bağlı müraciətlərin müzakirəsi yekunda belə rəyə gəlməyə əsas verib ki, məsələnin kökündə hüquqi müstəvidə araşdırılmalı məqamlar mövcuddur. Belə ki, bu nəşr faktiki olaraq fəaliyyət göstərməsə də, T.Əkbərov həmin qəzetin adından müxtəlif məqsədlərini həyata keçirmək üçün istifadə edir. Buna görə də Mətbuat Şurasına daxil olan materialların araşdırılmaq üçün müvafiq orqanlara göndərilməsi razılığına gəlinib.
Komissiya müzakirəsi tövsiyə olunan digər mətbu nəşrlərlə bağlı araşdırmaların davam etdirilməsini məqsədəuyğun sayıb.
Qeyd edək ki, komissiyanın rəyləri əsasında yekun qərarlar Mətbuat Şurasının İdarə Heyəti tərəfindən qəbul ediləcək.
Media
Qarabağ və Şərqi Zəngəzura səfər edən media nümayəndələri: Diplomatların gözü ilə bu torpaqları müşahidə etmək fərqli təcrübə idi
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Xəbər Lenti
Qarabağ və Şərqi Zəngəzura səfər edən media nümayəndələri: Diplomatların gözü ilə bu torpaqları müşahidə etmək fərqli təcrübə idi
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Qubada iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliya “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb
İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər
Kəlbəcərdə Bal Festivalı keçirilib - FOTO - VİDEO
Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər - FOTO - VİDEO
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib