Bank Of Baku

Mətbuat Şurasının «apellyasiya qrupu»nun iclası keçirilib

Mətbuat Şurasının «apellyasiya qrupu»nun iclası keçirilib
# 05 noyabr 2012 12:11 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) «apellyasiya qrupu»nun iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib.

V.Rəhimzadə bildirib ki, qrupun ötən iclasından keçən müddət ərzində MŞ-yə adı «qara siyahı»da yer alan kütləvi informasiya vasitələrindən çoxsaylı müraciətlər daxil olub. Daha öncədən ünvanlanmış müraciətlər də var. Qrup ilk növbədə onları araşdırmaqdadır. İclasın gündəliyinə çıxarılmış 21 məsələ də bu qəbildəndir.

Qrup üzvləri konkret sənədlərlə bağlı fikirlərini bildiriblər. Şuranın Katibliyinin müvafiq təqdimatları nəzərdən keçirilib. Bildirilib ki, «qara siyahı»dakı nəşrlərin oradan çıxarılması prosedurunun həyata keçirilməsi ictimai qınaq mexanizminin faydası baxımından prinsipialdır. Amma siyahıdan çıxanların sonradan fəaliyyətlərini peşə dəyərlərinə uyğun qurmaları ilə bağlı təminat da əhəmiyyətlidir. Buna görə də proses MŞ-nin «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat»ına uyğun şəkildə qurulmalıdır.

Müraciət ətrafındakı müzakirələrdən sonra belə rəyə gəlinib ki, həmin KİV-in baş redaktorları qrupun yaxın günlərdə baş tutacaq dinləmələrinə dəvət olunsunlar. Bu prosesin yekunundan sonra «qara siyahı»dan çıxarılması tövsiyə olunanlar barədə MŞ İdarə Heyətinə müvafiq təqdimat verilsin.

İclasda həmçinin bildirilib ki, MŞ-yə «qara siyahı»dan çıxmaq üçün müraciət edən KİV-in bir çoxuna Şuranın müvafiq təlimatında nəzərdə tutulan şərtləri tam yerinə yetirmək tövsiyə olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR