Elnur Aslanov: “Avropa Komissiyasının vitse-prezidentinin fikirləri Azərbaycan dövlətinin niyyəti və fəaliyyəti ilə ziddiyyət təşkil edir”
Onun sözlərinə görə, internet insan fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmiş, insan inkişafının, innovasiyaların əvəzedilməz mənbəyidir: “Onun müstəqil fəaliyyəti, onun malik olduğu əsas dəyərdir ki, hər bir cəmiyyət, istər rəsmi strukturlar, istərsə də vətəndaş cəmiyyəti institutları ondan tam bəhrələnməlidir. Azərbaycan dövlətinin prinsipial və dəyişməz mövqeyi internet azadlığının tam təmin edilməsi üçün bütün şəraitlərin yaradılmasını təmin etməkdir. Azərbaycanda internet və elektron media üzərində nəzarətin olması, onun yayımının məhdudlaşdırılması haqda Avropa Komissiyasının vitse-prezidenti Nieelie Kroess tərəfindən səslənən fikirlər Azərbaycan dövlətinin niyyəti və fəaliyyəti ilə ziddiyyət təşkil edir və hansı məqsədlərlə deyilməsi haqlı suallar doğurur”.
Elnur Aslanov bildirib ki, dünyanın əksər ölkələri ilə müqayisədə, Azərbaycanda vətəndaşların internetə çıxışı (65%) yüksək yerlərdən birini tutur: “Yaxın gələcəkdə əhalinin həyat səviyyəsinin durmadan artması və insan amilinin inkişaf etməsi nəticəsində bu faizin daha da artması qaçılmazdır. Günbəgün insanların məlumat əldə etmək imkanları genişlənir. Lakin Avropa institutunun məsul şəxsinin öz çıxışlında istinad etdiyi məlumatlar qərəzli mövqedən qaynaqlanır. Obyektiv reallığın düzgün qiymətləndirilməsi elektron media sahəsində sadəcə müxalif mövqedə durmuş insanlarla deyil siyasi mövqeyindən asılı olmayaraq müxtəlif media mənsubları ilə təmasın olmasını zəruri edir. Təəssüflər olsun ki, bəzi Avropa məmurları bu prinsipi yaddan çıxarırlar. Bəzi Qərb ölkələrindən fərqli olaraq, Azərbaycan malik olduğu maliyyə imkanlarını internetdə yayılan məlumatların casusluq yolu izlənib əldə edilməsinə deyil, ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş layihələrə həsr edir. Bu Azərbaycanın gələcək rifahının, vətəndaşların geniş imkanlara malik olub kompüter texnologiyalarına yiyələnməsinin qarantıdır. Azərbaycanın heç bir “Eşelon” sistemi yoxdur, lakin gələcəyə ünvanlanmış inkişaf proqramları var”.
PA rəsmisinin sözlərinə görə, internet saytlarına girişin azad olması və sosial şəbəkələrdə vətəndaşların öz fikirlərini azad ifadə etməsi dövlət-vətəndaş münasibətlərinin inkişafına da mühüm təsir göstərir: “Müxtəlif ölkələrdə internetə qadağaların və senzuraların tətbiqi yekunda vətəndaşların hakimiyyət strukturlarına olan inamını zəiflətmiş, səmərəsiz olduğunu sübut etmişdir. Yeni texnologiyaların tətbiqi belə maneələri aşıb, zəruri məlumatların əldə edilməsinə imkan verir. Biz hər zaman internet sahəsində məhdudiyyətlərə qarşı olmuşuq, bu gün də bu mövqedə qalırıq. İnternetin mühüm bir funksiyası da hakimiyyət strukturlarını elektron texnologiyaların vasitəsilə vətəndaşlarla ünsiyyətini, yaxınlığını təmin etməkdir. Vətəndaş azadlığı liberal demokratiyanın məğzini təşkil etdiyi üçün, onun internet resurslarında azad istifadə etməsi yeni “internet vətəndaş” konsepsiyasının meydana gəlməsini şərtləndirir. Demokratiya prinsiplərinə sadiq olan və Avropa institutlarına inteqrasiya edən Azərbaycan internetin bəxş etdiyi yeni imkanlardan bəhrələnib özünün iqtisad, siyasi və sosial inkişafını yeni mərhələsini hazırlayır. Azərbaycanlı mütəxəssislərin üzərində işlədiyi gələcək inkişaf konsepsiyaları insan amilinin inkişafını əsas meyar kimi təyin edirlər. Bizim gələcəyimiz bizim vətəndaşlarımızın müasir dövrün texnoloji tərəqqisini mənimsəməsinə birbaşa bağlıdır”.
Media
Qarabağ və Şərqi Zəngəzura səfər edən media nümayəndələri: Diplomatların gözü ilə bu torpaqları müşahidə etmək fərqli təcrübə idi
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Xəbər Lenti
Qarabağ və Şərqi Zəngəzura səfər edən media nümayəndələri: Diplomatların gözü ilə bu torpaqları müşahidə etmək fərqli təcrübə idi
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Qubada iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliya “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb
İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər
Kəlbəcərdə Bal Festivalı keçirilib - FOTO - VİDEO
Gürcüstanda vətənə xəyanətdə ittiham edilən müxalifət lideri həbs olunub
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Zakir Fərəcov SDU-nun 3-cü tədris korpusunda aparılan təmir işləri ilə tanış olub
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər - FOTO - VİDEO
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib