Bank Of Baku

Əbülfəs Qarayev Londonda CNN telekanalının rəhbərliyi ilə görüşüb

Əbülfəs Qarayev Londonda CNN telekanalının rəhbərliyi ilə görüşüb
# 10 noyabr 2012 08:44 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Londonda keçirilən Dünya Səyahət Sərgisi çərçivəsində CNN telekanalının bu şəhərdə yerləşən ofisində kanalın rəhbərliyi ilə görüş keçirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı telekanalla Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub, bu sahədə görülmüş işlər haqqında geniş fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin, bu ilin may ayında Bakıda keçirilmiş “Eurovision" mahnı müsabiqəsinin çox yüksək səviyyədə təşkil olunduğu qeyd olunub, bu müsabiqənin Azərbaycanın dünyaya tanıdılmasında irəliyə atılmış böyük bir addım olduğu vurğulanıb. Görüşdən sonra CNN telekanalının texniki imkanları ilə tanışlıq təşkil olunub, Ə. Qarayev kanalın gördüyü işləri yüksək qiymətləndirərək, gələcəkdə də kanalla ölkəmiz arasındakı əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR