Bank Of Baku

Strasburqda “İctimai media xidmətləri və informasiya cəmiyyəti” Mütəxəssislər Qrupunun altıncı toplantısı keçirilir

Strasburqda “İctimai media xidmətləri və informasiya cəmiyyəti” Mütəxəssislər Qrupunun altıncı toplantısı keçirilir
# 11 oktyabr 2007 13:10 (UTC +04:00)
Bu gün Strasburqda Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər Baş Direktorluğunda “İctimai media xidmətləri və informasiya cəmiyyəti” Mütəxəssislər Qrupunun altıncı toplantısı başlayıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək toplantıda Azərbaycanı adıçəkilən qrupun daimi eksperti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov təmsil edir. Toplantıda ictimai yayımçıların fəaliyyətinin genişlənməsi, bu növ yayımın effektivliyinin artırılması və yeni kommunikasiya vasitələrinin tətbiqi məsələləri müzakirə olunacaq. O cümlədən, Avropa Şurasına üzv ölkələrdə ictimai yayım xidmətlərinin inkişafı üçün hüquqi, maliyyə və texniki məsələlərin də toplantıda diqqət mərkəzində olacağı gözlənilir. Yekun olaraq ictimai yayımçıların vətəndaş cəmiyyətinin formalaşmasındakı dəstəyi və demokratiyanın inkişafına fərdlərin cəlb edilməsi ilə bağlı bir sıra tövsiyə xarakterli qərarlar qəbul ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR