Bank Of Baku

ATƏT nümayəndəsi: “Biz daha çox Azərbaycanda KİV-in idarə edilməsi mexanizminin dəydirilməsinə böyük ümid bəsləyirik”

ATƏT nümayəndəsi: “Biz daha çox Azərbaycanda KİV-in idarə edilməsi mexanizminin dəydirilməsinə böyük ümid bəsləyirik”
# 11 oktyabr 2007 13:30 (UTC +04:00)
O, 2003-cü ildə yaradılmış Azərbaycan Mətbuat Şurasının artıq müəyyən iş təcrübəsi olduğunu bildirib. Azərbaycanda baş verən hadisələri yaxından izlədiklərini söyləyən ATƏT nümayəndəsi regionda bir çox proyektlərin həyata keçirildiyini deyib. A. Boldrev ATƏT-in Azad Mətbuat Ofisinin Azərbaycan KİV-i ilə yaxşı münasibətləri olduğunu da söyləyib. Azərbaycanda jurnalistlərin həbsinə münasibət bildirən ATƏT təmsilçisi belə halların qarşısının alınması üçün xüsusi proqramlar həyata keçirildiyini vurğulayıb: “Bu məsələlərlə bağlı Azərbaycanda xüsusi proyekt qəbul edilsə də, hələ reallaşmayıb. Bu mövzu ilə əlaqədar Azərbaycan KİV-i üçün treninqlər, seminarlar və dəyirmi masa keçirildi. Onlara öz problemlərini özləri müzakirə etmək imkan verildi. Biz daha çox Azərbaycan KİV-inin idarə edilməsi mexanizminin dəyişdirilməsinə böyük ümid bəsləyirik. Normal idarəetmə mexanizmi şəxsiyyətin təhqiri, yalan və s. kimi problemlərin aradan qalxmasına kömək edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR