Bank Of Baku

“Sabah” qəzetinin ombudsmanı: “Azərbaycanda media qurumlarında ombudsman institutunun yaradılmasına yardım göstərə bilərəm”

“Sabah” qəzetinin ombudsmanı: “Azərbaycanda media qurumlarında ombudsman institutunun yaradılmasına yardım göstərə bilərəm”
# 12 oktyabr 2007 08:00 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya ATƏT-in təşkilatçılığı ilə Gürcüstanda media mövzusunda keçirilən konfransa qatılan Sabah qəzetinin ombudsmanı Yavuz Baydar verib. O bildirib ki, kütləvi informasiya vasitələrində ombudsman institutunun yaradılması üçün həmin mətbuat orqanı rəhbərinin razılığı olmalıdır: “25 ildir mətbuatda çalışıram, 5 il “Milliyyət” qəzetində ombudsman vəzifəsində çalışmışam, indi isə “Sabah” qəzetində bu missiyanı icra edirəm Ombudsman qəzetin hakimi deməkdir. Mən qəzetimiz tərəfindən hansısa qanunların pozulmasının qarşısını alıram. Qəzetimizdə özəl həyata müdaxilə halı olmuş, fotolar çap olunub, mən buna etiraz elədim, təkzib verdirdim”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR