Bank Of Baku

"Yeni Müsavat" qəzetinin bir qədər əvvəl həbs edilən əməkdaşı mətbuat konfransı keçirib

"Yeni Müsavat" qəzetinin bir qədər əvvəl həbs edilən əməkdaşı mətbuat konfransı keçirib
# 16 oktyabr 2007 16:26 (UTC +04:00)
"Yeni Müsavat" qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə müxbiri, ötən ay həbs edilən Həkimeldostu Mehdiyev bu gün mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, H. Mehdiyev Naxçıvandakı həbsi, jurnalist fəaliyyətinə görə məruz qaldığı işgəncələr barədə danışıb. Jurnalist deyib ki, mətbuata verdiyi müsahibə yerli rəhbərliyin, habelə hüquq-mühafizə orqanlarının qəzəbinə tuş gəlib və buna görə həbs edilib. O, həbsdə olduğu müddətdə işgəncələrə məruz qaldığını da deyib.
Müxbir onu da bildirib ki, həbsdən çıxandan sonra da təhdidlərə məruz qalır: "Artıq bu ölkədə yaşamaq mənim təhlükəsizliyim baxımdan çətindir. Təhlükəsizliyimə təminat verilməsə, səfirliklərə müraciət edəcəyəm". /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR