Bank Of Baku

“Azərbaycan” Nəşriyyatından daha 15-20 qəzet çıxarılacaq

“Azərbaycan” Nəşriyyatından daha 15-20 qəzet çıxarılacaq
# 17 oktyabr 2007 09:47 (UTC +04:00)
“Azərbaycan” Nəşriyyatından daha 15-20 qəzet çıxarılacaq. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərov bildirib. Direktor son iki ildə normal fəaliyyət göstərməyən 46 mətbuat orqanının binadan çıxarıldığını bildirib: “İndi biz onların növbəti qrupunu çıxarmağa hazırlaşırıq”. A. Əsgərov boşaldılan yerlərin sanballı mətbuat orqanlarının istifadəsinə verildiyini deyib. Hazırda “Azərbaycan” Nəşriyyatında 170-ə qədər kütləvi informasiya vasitəsinin fəaliyyət göstərdiyini deyən direktor hələlik kirayə haqlarının bahalaşmasının gözlənilmədiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR