Bank Of Baku

“Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun səhhətində problemlər yaranıb

“Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun səhhətində problemlər yaranıb
# 17 oktyabr 2007 10:54 (UTC +04:00)
“Sənət” qəzetinin həbsdə olan baş redaktoru Samir Sədaqətoğlunun səhhətində problemlər yaranıb. Bu barədə APA-ya jurnalistin və onunla birgə həbs olunan yazıçı-publisist Rafiq Tağının hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rasət Pirisoyu bildirib. Komitə sədrinin sözlərinə görə, S. Sədaqətoğlunun səhhətində problemlər yarandığını biləndən sonra onunla görüşmək istəsələr də, jurnalistin saxlandığı Xələcdəki 5 saylı həbsxananın rəhbərliyi buna imkan vermir.
R. Pirisoyu deyib ki, S. Sədaqətoğlu və R. Tağı bu günlərdə “Amnesty İnternational” insan haqları təşkilatı tərəfindən “vicdan cəfakeşi” adlandırılıb: “Beynəlxalq təşkilat Azərbaycan hakimiyyətinə müraciət edərək, hər iki şəxsi tez bir zamanda azad etməyə çağırıb”. Komitə sədri deyib ki, bu qərarla bağlı sədri olduğu qurum tərəfindən yaxın zamanlarda bir sıra addımlar atılacaq.
Qeyd edək ki, R. Tağı və S. Sədaqətoğlu Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini düşmənçiliyi qızışdırmaq) ilə ittiham olunaraq, Səbayel rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 3 və 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar “Sənət qəzeti”nin 2006-cı il 1 noyabr tarixli sayında çıxan “Avropa və biz” yazısına görə cəzalandırılıblar. Apellyasiya Məhkəməsi isə Səbayel rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. R. Tağı 16 saylı Cəzaçəkmə Müəssisəsində, S. Sədaqətoğlu isə Xələcdəki 5 saylı həbsxanada saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR