Bank Of Baku

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu İFEX-ə üzv qəbul olunub

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu İFEX-ə üzv qəbul olunub
# 17 oktyabr 2007 12:21 (UTC +04:00)
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) Söz Azadlığı Beynəlxalq Assosiasiyasına (İFEX) üzv qəbul olunub. APA-nın xəbərinə görə, bu barədə RATİ rəhbəri Emin Hüseynli bu gün keçirdiyi mətbuat konfransında bildirib. Üzvü olduqları qurumun söz azadlığı sahəsində dünyada ən nüfuzlu təşkilatlardan biri olduğunu deyən E. Hüseynli qeyd edib ki, söz azadlığına təhlükə yarandığı hallarda İFEX bütün dünyaya həyəcan siqnalı çalır. Quruma üzvlük üçün ötən il müraciət etdiklərini xatırladan təşkilat rəhbərinin sözlərinə görə, RATİ İFEX-in ən azyaşlı üzvüdür: “Biz il yarımdır ki, fəaliyyət göstəririk. Amma elə təşkilatlar var ki, neçə illərdən bəri çalışsalar da, İFEX-ə üzv ola bilməyib. Biz çalışacağıq ki, bundan sonra söz azadlığının müdafiəsi sahəsində daha da səmərəli fəaliyyət göstərək”.
E. Hüseynli deyib ki, RATİ ilə birgə daha 9 təşkilat İFEX-ə üzv qəbul olunub. Hazırda quruma üzv olan təşkilatların sayı 81-dir. Qeyd edək ki, İFEX 1992-ci ildə yaranıb. Azərbaycandan bu qurumda indiyə qədər yalnız Jurnalistlərin Həmkarlar İttifaqı təmsil olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR