Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri: ““Sərhədsiz Reportyorlar”ın hesabatlarını heç vaxt ciddi qəbul etməmişəm”

Azərbaycan Mətbuat Şurasının sədri: ““Sərhədsiz Reportyorlar”ın hesabatlarını heç vaxt ciddi qəbul etməmişəm”
# 17 oktyabr 2007 16:34 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Sərhədsiz Reportyorlar” Birliyinin sonuncu hesabatına münasibət bildirərkən deyib. Azərbaycanda medianın inkişafı, söz və mətbuat azadlığının təminatı ilə bağlı az iş görülmədiyini qeyd edən Ə. Amaşov qanunvericiliyin liberallaşdırılması və müəyyən məsələlərlə bağlı xeyli fakt sadalamağın mümkünlüyünü vurğulayıb: “Azərbaycan mediasının problemi də yetərincədir. 7 jurnalistimiz həbsdədir. İnanıram ki, onların azadlığa çıxması istiqamətində gördüyümüz işlər tezliklə nəticəsini verəcək. Böhtan və təhqirə görə hələ də məhkəmələrimizin jurnalistlərə həbs cəzası kəsməsi də bizi narahat edən məsələlərdəndir. Məncə, bunun bir sıra ölkədə olduğu kimi, iri həcmli cərimələrin kəsilməsi yolu ilə həlli daha effektlidir. Lakin müəyyən çətinliklərə baxmayaraq, mediamız ölkədə gedən demokratik proseslərə öz töhfəsini verməkdədir. Bu proseslər nə qədər sürətlənsə, cəmiyyət ondan bir o qədər fayda götürər. Ona görə də medianın müstəqilliyinin təmin olunmasına yönələn daha effektli tədbirlərə ehtiyac var. Tədbirlər kompleks xarakter daşımalı, mətbuatın müstəqilliyini şərtləndiriməlidir. Buraya medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, onun iqtisadi müstəqilliyinə nail olunması, jurnalistlərin peşəkarlığının artırılması və digər məsələlər daxildir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR