Bank Of Baku

Jurnalist Tatyana Çaladze polis bölməsinə çağırılıb

Jurnalist Tatyana Çaladze polis bölməsinə çağırılıb
# 18 oktyabr 2007 16:03 (UTC +04:00)
“Xocalı sakinlərinin hüquqlarını müdafiə edən jurnalist Tatyana Çaladze qanunsuz olaraq müharibə veteranı vəsiqəsi daşıması ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə çağırılıb”. Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov bildirib. Redaktor deyib ki, bu, onun Tatyana Çaladzeyə Müdafiə Nazirliyi tərəfindən qanunsuz olaraq veteran vəsiqəsi və ev verilməsi ilə bağlı Xətai rayon prokurorluğuna etdiyi müraciət əsasında baş verib. Ü. Cəfərovun sözlərinə görə, T. Çaladze polis bölməsinin müstəntiqi Müqəddəs Rəsulzadə tərəfindən dindirilib: “Müraciətimlə bağlı məndən də ifadə alınıb və Müdafiə Nazirliyinə sorğu göndərilib”.
T. Çaladze APA-ya açıqlamasında bildirib ki, polis bölməsinə çağırılmayıb: “Bu barədə birinci dəfədir ki, sizdən eşidirəm”.
36-cı polis bölməsinin müstəntiqi Müqəddəs Rəsulzadə isə APA-ya T.Çaladzenin bölməyə çağırıldığını təsdiqləyib. Müstəntiqin sözlərinə görə, jurnalist polisə çağırılsa da, ondan ifadə alınmayıb: “Şikayət mülki məsələ ilə bağlı olduğu üçün biz məhkəməyə müraciət edilməsi barədə qərar çıxaracağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR