Bank Of Baku

“Yeni Müsavat” qəzetinin rəhbərliyi Azərbaycanın milli təhlükəsizlik nazirinə müraciət edib

“Yeni Müsavat” qəzetinin rəhbərliyi Azərbaycanın milli təhlükəsizlik nazirinə müraciət edib
# 19 oktyabr 2007 14:27 (UTC +04:00)
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. APA-ya daxil olan müraciətdə bildirilir ki, qəzetin Naxçıvan Muxtar Respublikası üzrə müxbiri Həkimeldostu Mehdiyev bu il sentyabrın 23-də MTN-in Şərur rayon şöbəsinin əməkdaşları tərəfindən həbs edilib və işgəncələrə məruz qalıb: “Qəzet rəhbərliyi hadisədən dərhal sonra müxbirin üzləşdiyi haqsızlıqla əlaqədar şəxsən Sizə rəsmi məktubla müraciət edib. H. Mehdiyev beynəlxalq təşkilatların və medianın məsələyə müdaxiləsindən sonra həbsdən azad edilməsinə baxmayaraq, hələ də təhdidlərlə üzləşir. Naməlum şəxslər vaxtaşırı mobil və ev telefonlarına zəng vuraraq müxbirimizi hədələyir, pozulmuş haqları uğrunda mübarizədən geri çəkilməsini tələb edir, əks təqdirdə daha pis aqibətlə üzləşəcəyini deyirlər. Gizli nömrədən zəng edərək onu ölümlə təhdid edirlər. Zəng vuran şəxslər ona deyirlər ki, bu hərəkətinə görə artıq ölümünə fərman verilib. Hörmətli Eldar müəllim, müxbirimizin həyatına yaranmış real təhlükə bizi çox narahat edir. Sizdən xahiş edirik, bu xoşagəlməz vəziyyətin aradan qaldırılması və Həkimeldostu Mehdiyevin təhlükəsizliyinin təmin olunması üçün lazımi addımların atılması istiqamətində müvafiq göstərişlər verəsiniz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR