Bank Of Baku

Əflatun Amaşov: ““KİV haqqında” qanuna əlavə və dəyişikliklər Mətbuat Şurasının təklifləri əsasında hazırlanıb”

Əflatun Amaşov: ““KİV haqqında” qanuna əlavə və dəyişikliklər Mətbuat Şurasının təklifləri əsasında hazırlanıb”
# 22 oktyabr 2007 16:17 (UTC +04:00)
“Milli Məclisdə qəbul olunan “KİV haqqında” qanuna əlavə və dəyişikliklər Mətbuat Şurasının təqdim etdiyi təkliflər əsasında hazırlanıb”. Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. O bildirib ki, Azərbaycanda bəzi KİV orqanlarına ad seçilərkən rəsmi qurumların, müəyyən nüfuzlu təşkilatların, hətta rəhbər şəxslərin adından istifadə olunub: “Təbii ki, bu hal sui-istifadəyə, ciddi narazılığa gətirib çıxarır. Hətta bəzi KİV özünü adını götürdüyü dövlət qurumlarının orqanı kimi aparmağa cəhd edirdi. Milli Məclisin qəbul etdiyi düzəlişlə belə halların qarşısı alınacaq. 14-cü maddəyə edilən dəyişiklikdə göstərilir ki, KİV-in dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadəsinə yalnız həmin qurumların razılığı ilə yol verilir. 29-cu maddəyə edilən dəyişiklikdə isə mətbu orqanların çap olunmuş nüsxələrinin məcburi göndərilməli olduğu qurumlar göstərilib”. Ə. Amaşov deyib ki, hazırda ölkədə rəsmi qeydiyyatdan keçən mətbu orqanların sayı 3 mindən çoxdur: “İndiyədək qəzet və jurnallar KİV haqqında qanuna əsasən nüsxələrini təsisçiyə, dövlət arxivinə, Milli Kitabxanaya, Kitab Palatasına, müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına göndərirdi. Bundan sonra KİV nüsxələrini məcburi şəkildə şuraya da göndərməlidir. Bu, bir neçə baxımdan əhəmiyyətlidir. Çünki şura həmin nüsxələrlə iş apararkən qəzet və jurnalları axtarmaq məcburiyyətində qalmayacaq və KİV-də etik prinsiplərə əməl olunması ilə bağlı apardığı monitorinqin dairəsi daha geniş olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR