Bank Of Baku

“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ilə bağlı məhkəmə prosesi keçirilib

“Müxalifət” qəzetinin həbsdə olan baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə ilə bağlı məhkəmə prosesi keçirilib
# 23 oktyabr 2007 13:06 (UTC +04:00)
Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə İctimai Televiziyanın bölgə müxbiri Əminə Mirzəliyevanın “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı, eyni zamanda “Mühakimə” qəzetinin baş redaktoru Yaşar Ağazadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ilə bağlı məhkəmə prosesi keçirilib. “Müxalifət” qəzetindən APA-ya verilən məlumata görə, bu gün prosesdə iddiaçı tərəf jurnalistləri bağışlamaq niyyətində olmadığını bəyan edib. Müdafiə tərəfi məhkəmənin ötən iclasında Ə. Mirzəliyevanın “Şərq” nəşriyyatının direktoru Şəmsi Vəfadarla bağlı irəli sürdüyü iddia ilə bağlı vəsatət qaldıraraq onun prosesə gəlməsini xahiş edib. Məhkəmə prosesi oktyabrın 30-da davam etdiriləcək.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayan qərar çıxarıb. Apellyasiya Məhkəməsinin qərarından bu günlərdə kasasiya şikayəti verilib. R. Kəbirli 10, Y. Ağazadə isə 16 saylı cəzaçəkmə müəssisəsinə köçürülüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR