Bank Of Baku

Mətbuat Şurası Nəzarət Təftiş Komissiyasının mərhum sədri İbrahim Məmmədlinin anım mərasimi keçirilib

Mətbuat Şurası Nəzarət Təftiş Komissiyasının mərhum sədri İbrahim Məmmədlinin anım mərasimi keçirilib
# 25 oktyabr 2007 10:53 (UTC +04:00)
Bu gün Mətbuat Şurasında (MŞ) qurumun Nəzarət Təftiş Komissiyasının mərhum sədri İbrahim Məmmədlinin anım mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə MŞ sədri Əflatun Amaşov çıxış edərək, İ. Məmmədlinin həyat və fəaliyyətindən danışıb. Ə. Amaşov İ. Məmmədlinin Zərdabi Mətbuat Mərkəzini yaratdığını, jurnalistikanın problemlərinin həllində yaxından iştirak etdiyini və jurnalistlərin hüquqlarının qorunmasında əlindən gələni əsirgəmədiyini bildirib. MŞ üzvü Bəxtiyar Sadıqov İ. Məmmədlinin başladığı işin davam etdirilməsinin vacibliyini vurğulayaraq, onun xatirəsinin həmişə əziz tutulacağını deyib. Anım mərasiminə toplaşanlardan bəziləri bu il “Jurnalistrlərin dostu” mükafatının İ. Məmmədliyə verilməsi təklifini də irəli sürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR