Bank Of Baku

Samir Sədaqətoğlu həbsxananın tibb məntəqəsinə köçürülüb

Samir Sədaqətoğlu həbsxananın tibb məntəqəsinə köçürülüb
# 26 oktyabr 2007 09:25 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Xələcdəki 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu okyabrın 22-dən həbsxananın tibb məntəqəsinə köçürülüb. Bu barədə APA-nın cənub bürosuna S.Sədaqətoğlunun Lənkəran rayonunun Kərgəlan kəndində yaşayan atası Sədaqət Hüseynov məlumat verib. Onun sözlərinə görə, oktyabrın 25-də oğlunun yanına gedib və onunla görüşməkdə heç bir problemlə qarşılaşmayıb: ”Samirin səhhətində müəyyən problemlər var, öskürür, böyrəklərində sancılar baş verir. Elə bu səbəbdən onu cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürüblər”. S. Hüseynov oğlunun bütün qələm dostlarına salamlarını çatdırmağı ondan xahiş etdiyini də bildirib.
Qeyd edək ki, Samir Sədaqətoğlu “Sənət qəzeti”nin 1 noyabr 2006-cı il tarixli sayında Rafiq Tağının “Avropa və biz” məqaləsini çap etdiyinə görə cəzalandırılıb. O, Cinayət Məcəlləsinin 283-cü (milli, irqi və dini düşmənçiliyi qızışdırmaq) maddəsi ilə ittiham olunaraq, 4 il müddətinə azadlıqdan məhrum edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR