Bank Of Baku

Dalğa Gənclər Hərəkatı Eynulla Fətullayevin həbsinə etiraz olaraq aksiya keçirib

Dalğa Gənclər Hərəkatı Eynulla Fətullayevin həbsinə etiraz olaraq aksiya keçirib
# 29 oktyabr 2007 12:58 (UTC +04:00)
Bu gün Dalğa Gənclər Hərəkatının bir qrup üzvü Azərbaycan Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin qarşısında “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsinə etiraz olaraq aksiya keçirib. APA-nın məlumatına görə, əllərində “Eynulla Fətullayevə azadlıq!”, “Jurnalistin həbsi ölkəmizi biabır edir!” şüarları tutan aksiya iştirakçıları məhkəmənin qarşısına toplaşıblar. Onlar etiraz əlaməti kimi ağızlarına yapışqan vurublar. Dalğa Gənclər Hərəkatının sədri Vəfa Cəfərova APA-ya aksiyaların davamlı olaraq keçiriləcəyini deyib. Polisin müdaxiləsindən sonra piket iştirakçıları dağılıb. Qeyd edək ki, hazırda E. Fətullayevin məhkəməsi davam edir, dövlət ittihamçısı jurnalistin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR