Bank Of Baku

Eynulla Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB

Eynulla Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib - <font color=#FF0000>YENİLƏNİB</font>
# 30 oktyabr 2007 12:14 (UTC +04:00)
APA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə E. Fətullayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinə məxsus 23 kompüterin də müsadirə olunmasına qərar verilib.
E. Fətullayevin vəkilləri İsaxan Aşurov və Aydın Nəzərli məhkəmə hökmünü ədalətsiz adlandırıblar. Vəkillər hökmlə bağlı Azərbaycandakı yuxarı instansiya məhkəmələrini keçəndən sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcəyini qeyd ediblər.
Məhkəmə binasının qarşısına toplaşan hüquq müdafiəçiləri Arzu Abdullayeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı hökmə etirazlarını bildiriblər. Hüquq müdafiəçiləri məhkəmə qərarı ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunacağını deyiblər.
Qeyd edək ki, E. Fətullayevə bu ilin may ayında MTN-in Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ), 213.2.2 (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə)) maddələri üzrə ittiham elan edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR