Bank Of Baku

MTN-də “Xural” qəzetinin baş redaktoru barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib

MTN-də “Xural” qəzetinin baş redaktoru barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib
# 30 oktyabr 2007 14:22 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədən APA-ya bildirilib ki, cinayət işi hakim Turqay Hüseynovun icraatına verilib. Prosesin vaxtı hələlik təyin olunmayıb.
Qeyd edək ki, Ə. Zeynallıya qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ittiham irəli sürülüb. Buna səbəb Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Adolf Hitlerin “Mənim mübarizəm” kitabının tərcümə olunmuş variantında Əvəz Zeynallının Hitlerə rəğbətinin hiss olunması barədə rəy verməsidir. Baş redaktordan Bakını tərk etməmək barədə iltizam alınıb. Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Adolf Hitlerin “Mənim mübarizəm” kitabını tərcümə və qəzetdə nəşr etdirdiyinə görə 2004-cü ildə Ə. Zeynallının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı iddia qaldırmışdı. MTN-də həmin vaxt başlanmış cinayət işinə xitam verilsə də, bu ilin avqustunda cinayət işi təzələnib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR