Bank Of Baku

BBC-nin Qafqaz nümayəndəliyinin rəhbəri Naxçıvanda KİV-in monitorinqini aparır

BBC-nin Qafqaz nümayəndəliyinin rəhbəri Naxçıvanda KİV-in monitorinqini aparır
# 31 oktyabr 2007 09:13 (UTC +04:00)
Böyük Britaniya Yayım Korporasiyasının (BBC) Qafqaz nümayəndəliyinin rəhbəri Naxçıvanda yerli KİV-in monitorinqini aparır. APA-nın məlumatına görə, bu məqsədlə BBC-nin rəhbəri Naycel Timoti Koiy və həmin nümayəndəliyinin meneceri Sevinc Abdullayeva artıq üç gündür Naxçıvandadır. Səfər Naxçıvan MR-də KİV-lərin işi ilə tanışlıq məqsədi daşıyır. Qonaqlar son iki gün ərzində Naxçıvan Dövlət Teleradio Şirkətində, “Şərq qapısı” qəzetinin redaksiyasında, şəhər və rayon qəzet redaksiyalarında iş prosesi ilə maraqlanıblar. Bu gün isə onlar Naxçıvan Dövlət Universitetində (NDU) jurnalistika fakültəsinin tələbələri ilə görüş keçirib, Universitet Televiziyasının imkanları ilə tanış olublar. Hesabat BBC-yə təqdim ediləcək. BBC Qafqaz nümayəndəliyinin əməkdaşları bundan əvvəl Azərbaycanın cənub və qərb bölgələrində belə monitorinqlər aparıb. Qeyd edək ki, hazırda Naxçıvan MR-də 2 televiziya, 2 radio, 1 şəhər və 7 rayon qəzeti fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR