Bank Of Baku

Azərbaycanda medianın vəziyyəti ilə bağlı mitinq keçirilməsi planlaşdırılır

Azərbaycanda medianın vəziyyəti ilə bağlı mitinq keçirilməsi planlaşdırılır
# 31 oktyabr 2007 10:53 (UTC +04:00)
Bu gün həbsdə olan jurnalist Eynulla Fətullayevin hüquqlarının və Söz Azadlığının Müdafiəsi Komitəsinin toplantısı keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən komitə sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı qərarı ədalətsiz adlandırıb. A. Abdullayeva deyib ki, Komitə E. Fətullayevin və söz azadlığının müdafiəsi ilə bağlı ümumrespublika mitinqinin keçirilməsini planlaşdırır. Müdafiə Komitəsində bununla bağlı qərar qəbul olunub, mitinqin təşkilatı işlərinin həlli isə qurumun üzvü, politoloq Eldar Namazova həvalə olunub.
Tədbirdə qərara alınıb ki, bu yöndə silsilə aksiyalara keçirilməsi məqsədəuyğundur.
Toplantıda əvvəlcə “Realnıy Azerbaydjan”, sonra isə “Gündəlik Azərbaycan” qəzetlərinin fəaliyyətə başlaması barədə təklif də səsləndirilib. Təklifə münasibət bildirən “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu bunun mümkün olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR